Bank Of Baku

“Qafqaz İslam Ordusu” adlı kitabça nəşr edilib

“Qafqaz İslam Ordusu” adlı kitabça nəşr edilib
# 12 sentyabr 2011 09:42 (UTC +04:00)
Bakı – APA. 1918-ci il sentyabrın 15-də işğal altında olan Bakının Azərbaycan Demokratik Respublikasının milli ordusu və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinin ildönümü ərəfəsində Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondunun (ATAF) layihəsi çərçivəsində Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) maliyyə dəstəyi ilə “Qafqaz İslam Ordusu” adlı kitabça nəşr edilib. ATİB-dən APA-ya verilən xəbərə görə, XX əsrin əvvəllərində Azərbaycan xalqının erməni daşnakları və rus bolşevik qüvvələrinə qarşı apardığı mübarizəsində qardaşlıq yardımına yetişən və Azərbaycanın dövlət müstəqilliyini qazanmasında, istiqlalının qorunmasında həlledici rol oynayan Qafqaz İslam Ordusunun şərəfli döyüş yolunun qısa şəkildə işıqlandırıldığı və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabçanı ATİB-in ofisindən və ya elektron formada internet saytından əldə edə bilərsiniz. (http://atib.az/domains/atib/assets/file/Q.I.O_kitab_web.pdf).

Kitabçada Qafqaz İslam Ordusunun formalaşması, Nuru Paşanın rəhbərliyi altında Gəncədən başlayaraq Bakıya qədər Azərbaycanın erməni və bolşevik işğalından azad edilməsi istiqamətində apardığı döyüşlər, gərgin geosiyasi vəziyyətdə Türkiyənin və Azərbaycanın atdığı addımlar qısa şəkildə və aydın dildə oxucuya çatdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR