Bank Of Baku

“Zəlimxan Yaqub: Biblioqrafiya” kitabı işıq üzü görüb

“Zəlimxan Yaqub: Biblioqrafiya” kitabı işıq üzü görüb
# 12 sentyabr 2011 13:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Gənclik” nəşriyyatında Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub haqqında yeni kitab işıq üzü görüb. Birlikdən APA-ya verilən məlumata görə, “Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri” seriyasından buraxılan “Zəlimxan Yaqub: Biblioqrafiya” adlı bu kitab xalq şairinin həyat və fəaliyyəti haqqında tərtib olunmuş ilk biblioqrafik əsərdir. Biblioqrafiya 1966-2011-ci illəri əhatə edir.

Zəlimxan Yaqub barədə fikir söyləmiş görkəmli şəxsiyyətlərin çıxışlarından və şairin öz yaradıcılığındakı hikmətli sözlərdən seçmələrlə başlayan kitabda bir neçə bölüm var - Əsərləri; Həyat və yaradıcılığı; Redaktə və tərtib etdiyi, ön söz yazdığı kitablar, məsləhətçi və redaksiya heyətində olduğu nəşrlər; Zəlimxan Yaqub dünya mətbuatında; Köməkçi göstəricilər.

Ədəbiyyatşünaslar, xalq yaradıcılığını tədqiq edənlər, kitabxanaçılar, biblioqraflar, ədəbiyyatsevərlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu vəsaitin tərtibçi-müəllifləri Şəhla Nağıyeva və əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, redaktoru Mədinə Vəliyeva, ön sözün müəllifi Musa Nəbioğludur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR