Bank Of Baku

Bakıda Oljas Suleymenovun yeni kitabı çıxıb

Bakıda Oljas Suleymenovun yeni kitabı çıxıb
# 22 sentyabr 2011 11:24 (UTC +04:00)
Bakı – APA. Bakıda tanınmış qazax şairi və publisisti Oljas Suleymenovun yeni kitabı nəşr edilib. APA-nın məlumatına görə, kitabda müəllifin müxtəlif illərdə yazdığı şeirlər və elmi-publisistik yazılar toplanıb. “Kuman nəğməsi” adlanan bu kitab Mahmud Kaşqari adına Beynəlxalq Fond tərəfindən Azərbaycan Respublikası prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə nəşr edilib.

O. Suleymenovun şeirləri Azərbaycan dilinə Elxan Zal Qaraxanlı və Akif Əhmədgil tərəfindən çevrilib. Millət vəkili Qənirə Paşayeva və şair Elxan Zal Qaraxanlının birgə layihəsi olan “İrs” seriyasından buraxılan və Anarın ön sözü ilə başlayan “Kuman nəğməsi” O. Suleymenovun Azərbaycanda nəşr edilən ən irihəcmli kitabıdır .
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR