Bank Of Baku

Azərbaycan Yazıçılar Birliyində Dünya Şeir Bayramı Günü qeyd edilib

Azərbaycan Yazıçılar Birliyində Dünya Şeir Bayramı Günü qeyd edilib
# 23 sentyabr 2011 12:38 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Yazıçılar Birliyində (AYB) “24 sentyabr – Dünya Şeir Bayramı Günü” münasibətilə poeziya günü keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən şair Ramiz Rövşən bildirib ki, tərkibində 104 beynəlxalq poeziya festivalını, 74 beynəlxalq poeziya təşkilatını və 119 ölkədən bir çox şairləri birləşdirən Dünya Poeziya Hərəkatı sentyabrın 24-nü Dünya Şeir Bayramı günü kimi qeyd etməyi qərarlaşdırıb: “Bu gün dünyanın 106 ölkəsinin 500-dən çox şəhərində minlərlə şair öz şeirlərini oxuyur. Bu bayramın əsas məqsədi poeziyanın dünyada necə böyük qüvvə olduğunu, müxtəlif mədəniyyətlərin dialoqunda nə dərəcədə əhəmiyyət kəsb etdiyini dünya ictimaiyyətinin diqqətinə çaydırmaqdır. Azərbaycanda bu bayram ilk dəfədir qeyd edilir. Ötən il dünyanın 35 ölkəsində bu cür tədbirlər təşkil edilib. İlin bir gününü şeir bayramı eləmək çox gözəldir. Çünki şeir barışdırandır, toplayandır, ayıran deyil. İndi bütün cəmiyyətin və dünyanın məhz buna ehtiyacı var”.

Tədbirdə Azərbaycanın 20-dən artıq tanınmış şairi öz şeirlərini oxuyublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR