Bank Of Baku

Röya Tağıyevanın “Azərbaycan xalçaları” kitabı ərəb dilində nəfis tərtibatla nəşr edilib - FOTOSESSİYA

Röya Tağıyevanın “Azərbaycan xalçaları” kitabı ərəb dilində nəfis tərtibatla nəşr edilib - <font color=red>FOTOSESSİYA</font>
# 26 sentyabr 2011 09:38 (UTC +04:00)
Bakı-APA. UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan və xalqımızın zəngin daxili aləmi, dünyagörüşü və gözəllik duyumunu əks etdirən Azərbaycan xalçaları haqqında dolğun və elmi-tədqiqat əsaslı məlumatı ərəb dünyasında yaymaq və ərəb ictimaiyyətini Azərbaycan xalqının mədəniyyəti və incəsənəti ilə yaxından tanış etmək məqsədilə Azərbaycan Dövlət Xalçaçılıq və Tətbiqi Sənət muzeyinin direktoru Röya Tağıyevanın “Azərbaycan xalçaları” adlı kitabı misirli alim Əbdülrəhman Əl-Xəmisinin redaktəsində səfirlik tərəfindən ərəb dilinə tərcümə olunub və nəfis tərtibatda çap edilib.

APA-nın məlumatına görə, dörd fəsildən ibarət olan kitabda Azərbaycanın rəngarəng təbiətinin bütün gözəlliyini əks etdirən xalçalarımızın boyalarının tükənməz zənginliyi, naxışlarının təkrarolunmaz zərifliyi, yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlığı ilə fərqləndiyi qeyd olunmuş və Azərbaycan xalça mədəniyyətinin tarixi inkişaf dövrləri, Azərbaycan xalçalarının növləri və onların hazırlanma texnologiyası, mənşəyi və orada əks olunan rəmzi işarələrin mənası, Azərbaycan xalçalarının yerli tipləri və bu xüsusda Bakı, Quba, Gəncə, Qazax və Qarabağ xalçaları haqqında geniş məlumat və elmi baxımdan əsaslandırılmış faktlar öz əksini tapıb.

Oxucunun diqqətini cəlb etmək və Azərbaycan xalçalarının xarakterik xüsusiyyətləri barəsində oxucuda aydın və əyani təsəvvür yaratmaq üçün kitabda Azərbaycan xalçalarının çoxsaylı fotoşəkilləri özünə yer alıb.

Kitab İsgəndəriyyə kitabxanası, Misirin Dövlət Kitabxanası və aparıcı elmi-tədqiqat və mədəniyyət mərkəzləri və universitetlərinə yayılıb, aparıcı ictimai-siyasi xadimlərə və mədəniyyət nümayəndələrinə hədiyyə edilib.

Yaxın vaxtlarda Misirin aparıcı mədəniyyət mərkəzlərində kitabın təqdimatının keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR