Bank Of Baku

AMEA Ədəbiyyat İnstitutunda Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə tədbir keçirilib

AMEA Ədəbiyyat İnstitutunda Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə tədbir keçirilib
# 28 sentyabr 2011 10:20 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunda Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Ədəbiyyat İnstitutunun direktoru Bəkir Nəbiyev bildirib ki, xalqın, dövlətin azadlıq və istiqlaliyyət uğrunda mübarizəsi həmin xalqın tarixinin ən parlaq səhifələrini təşkil edir: “Tarix sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Neçə-neçə millət bu müstəqilliyi əldə edə və ya onu saxlaya bilməyib. 1918-ci il mayın 28-də qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin ömrü çox qısa oldu. Amma Məhəmməd Əmin Rəsulzadənin dediyi “Bir kərə yüksələn bayraq bir daha enməz” sözləri tarixi təsdiqini tapdı. Azərbaycan 1991-ci il oktyabrın 18-də ikinci dəfə dövlət müstəqilliyini elan etdi”.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Elçin Mehrəliyev “Azərbaycan ədəbiyyatı müstəqillik illərində” adlı məruzə ilə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR