Bank Of Baku

Çingiz Əlioğlunun “Çərçivə” kitabının təqdimatı keçirilib - FOTO

Çingiz Əlioğlunun “Çərçivə” kitabının təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 30 sentyabr 2011 10:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Moskvada keçirilən VII Beynəlxalq “Kitab Sənəti” müsabiqəsinin baş mükafatına layiq görülmüş Çingiz Əlioğlunun “Çərçivə” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasiminə yazıçı-publisist Mustafa Çəmənli aparıcılıq edib.

Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli Çingiz Əlioğlunu təbrik edib və 500 tirajla nəfis tərtibatda nəşr olunan “Çərçivə” kitabının dəyərli ədəbiyyat nümunəsi olduğunu söyləyib.

Xalq rəssamı Arif Hüseynov müəllifin hər zaman rəssamlarla dostluq əlaqəsi qurduğunu deyib və ona yaradıcılıq uğurları arzulayıb: “Kitabın adının “Çərçivə” olmasına baxmayaraq, bu nəşr bütün çərçivələri sındıran bir kitabdır”.

Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə Bakıda keçirilən Beynəlxalq Kitab Sərgi-Yarmarkasının əhəmiyyətindən danışıb və üç gün ərzində insanların marağının bu məkana yönəlməsindən sevinc duyduğunu vurğulayıb. O, Çingiz Əlioğlunun “Çərçivə” kitabı ilə insanlarda gözəl hisslər oyatdığını əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR