Bank Of Baku

Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş “20 ilin ədəbi mənzərəsi” adlı dəyirmi masa keçirilib – FOTO

Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş “20 ilin ədəbi mənzərəsi” adlı dəyirmi masa keçirilib – <font color=red>FOTO </font>
# 30 sentyabr 2011 10:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş “20 ilin ədəbi mənzərəsi” adlı dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, dəyirmi masada çıxış edən filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə Azərbaycan ədəbiyyatının mövcud vəziyyətindən danışıb: “Tarixi problemlər həll olunduqdan sonra baş verənləri yazmaq düzgün deyil. Ədəbiyyat o zaman güclü olur ki, baş verənləri məhz həmin anda ədəbiyyata gətirirsən. Bunu isə hər yazar özünəməxsus formada etməlidir. Azərbaycan ədəbiyyatına məhz bu yolu arzu edirəm”.

Filologiya elmləri doktoru, professor Şirindil Alışanov, tənqidçi Vaqif Yusifli və başqaları dəyirmi masada öz fikirlərini bölüşüblər. Çıxışçılar Azərbaycan ədəbiyyat xadimlərinə güclü olmağı arzulayıblar.

Qeyd edək ki, sentyabrın 28-dən start götürən II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası öz işini yekunlaşdırır. Sərgi-yarmarkada son üç ildə ölkə nəşriyyatlarında, eləcə də ABŞ, Rusiya, İran, Türkiyə, Macarıstan, Makedoniya, Slovakiya, Belarus, Latviya, Moldova, Özbəkistan, Qırğızıstan, Tacikistan və digər ölkələrdə nəşr edilən kitablar, nəşr məhsulları nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR