Bank Of Baku

İlyas Əfəndiyevin ölümünün 15-ci ildönümü ilə bağlı onun Fəxri Xiyabanındakı məzarı ziyarət olunub

İlyas Əfəndiyevin ölümünün 15-ci ildönümü ilə bağlı onun Fəxri Xiyabanındakı məzarı ziyarət olunub
# 03 oktyabr 2011 11:32 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. Mədəniyyət və Turizm Nazirliyinin və Yazıçılar Birliyinin rəhbərliyi görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin ölümünün 15-ci ildönümü ilə bağlı onun Fəxri Xiyabanındakı qəbrini ziyarət ediblər. APA-nın məlumatına görə, ziyarət mərasimində çıxış edən yazıçının oğlu, baş nazirin müavini Elçin Əfəndiyev bildirib ki, İlyas Əfəndiyevin yaradıcılığı Azərbaycan xalqına xidmət edib: “İlyas Əfəndiyev öz əsərlərinin böyük əksəriyyətini sovet dövründə yazsa da, bu əsərlər müstəqil Azərbaycanın vətəndaşlarının da sevimli əsərləri olaraq qalır. Çünki bu əsərlərdə xalqın ruhu və duyğuları öz əksini tapıb”.

E. Əfəndiyev deyib ki, İ. Əfəndiyev klassik dramaturgiya ilə yanaşı, psixoloji-lirik dramaturgiya sahəsində də ölməz əsərlər yaradıb.

Qeyd edək ki, İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il mayın 28-də Qaryagində (indiki Füzuli şəhəri) anadan olub. Yazıçı 1996-cı il oktyabrın 3-də Bakı şəhərində dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR