Bank Of Baku

Stokholmda ədəbiyyat sahəsində Nobel mükafatının qalibi elan ediləcək

Stokholmda ədəbiyyat sahəsində Nobel mükafatının qalibi elan ediləcək
# 06 oktyabr 2011 03:49 (UTC +04:00)
Bakı-APA. Bu gün Bakı vaxtı ilə saat 16.00-da Stokholmda İsveç akademiyası 2011-ci il üçün ədəbiyyat sahəsində Nobel mükafatının qalibini elan edəcək. Bu barədə Nobel fondunun mətbuat xidmətindən məlumat verilib.

Bir sıra bukmeyker şirkətləri bu ilki qalibin adını tapmağa cəhd ediblər.

Ladbrokes bukmeyker şirkətinin favoritlərinə suriyalı şair Adonis (Əli Əhməd Səid Asbar) başçılıq edir. Unibet şirkətində isə yapon yazıçısı Xaruki Murakamiyə üstünlük verənlər çoxdur.

Hindistanlı Racəstan Vicaydan Dethi, amerikalı yazıçı və dramaturq Kormak Makkarti, isveçli şair Tomas Transtremer, amerikalı şair və musiqiçi Bob Dilan, əlcəzairli yazıçı, feminist və kinorejissor Assiya Cebar(Fatimeyi-Zəhra İmalayen), həmçinin ABŞ-da yaşayan koreyalı Çanq-re Linin şansları da yüksək qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR