Bank Of Baku

İlyas Əfəndiyevin virtual muzeyinin təqdimatı keçirilib - FOTO

İlyas Əfəndiyevin virtual muzeyinin təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 06 oktyabr 2011 13:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova- APA. Akademik Milli Dram Teatrında xalq yazıçısı İlyas Əfəndiyevin virtual muzeyinin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, İ. Əfəndiyevin həyat və yaradıcılığının əks olunduğu virtual muzey Mədəniyyət və Turizm Nazirliyi, “Musiqi dünyası” jurnalının elmi nəşrlər mərkəzinin mütəsəssisləri tərəfindən hazırlanıb.

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov bildirib ki, virtual muzeydə 30 saat video, 18 saat audio materiallar şəklində yazıçının nəşr olunmuş əsərləri, məqalələr yer alıb. Hazırda yalnız Azərbaycan dilində fəaliyyət göstərən virtual muzeyin daha sonra ingilis versiyası da hazırlanacaq.

Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev bildirib ki, virtual portal İ. Əfəndiyevin yaradıcılığını sevənlər üçün böyük töhfədir: “Bu tədbirin Milli Dram Teatrında keçirilməsi məni xüsusilə sevindirir. Çünki İlyas Əfəndiyev üçün bu teatr ikinci ev rolunu oynayıb”.

Təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR