Bank Of Baku

Qan Turalının yeni romanı çapdan çıxıb

Qan Turalının yeni romanı çapdan çıxıb
# 11 oktyabr 2011 09:53 (UTC +04:00)
APA-nın “kulis.az”-a istinadən verdiyi məlumata görə, yazarın üç ildir üzərində işlədiyi kitab sabahdan kitab mağazalarında satışa çıxarılır.

Baş qəhrəmanın adıyla adlandırılan kitab 2000-ci illərin gəncliyinin qarşılaşdığı fərdi və siyasi təbəddülatlardan bəhs edir. Melanxolik ovqatda yazılmış romanın baş qəhrəmanının sevgi və siyasətdən aldığı zərbələr onu həbsxanaya gətirir.

Romanın məzmununu “Mübarizə mütləq, məğlubiyyət labüddür” cümləsi ilə ifadə etmək olar.

Yazıçı roman boyu yalnız Mustafanın başına gəldiyi hadisələri yazmaqla kifayətlənmir, eləcə də onun keçdiyi düşüncələr burulğanı, düşüncə dünyasını da təsvir edir.

“Ən Yeni Ədəbiyyat” seriyasından min tirajla çap edilmiş 143 səhifəlik romanın qiyməti 3.50 AZN-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR