Bank Of Baku

Azərbaycanlı yazarlar gənc yazarların birinci beynəlxalq konfransında iştirak ediblər

Azərbaycanlı yazarlar gənc yazarların birinci beynəlxalq konfransında iştirak ediblər
# 19 oktyabr 2011 08:37 (UTC +04:00)
Bakı - APA. Azərbaycanın gənc şairi Qismət və nasir Pərvin Nurəliyeva Moskvada, “Peredelkino” yaradıcılıq evində keçirilən gənc yazarların birinci beynəlxalq konfransda iştirak ediblər. Şair Qismət APA-ya bildirib ki, oktyabrın 13-17-də keçirilən tədbirə 100-dən çox yazar qatılıb.

«Tədbirin bütün maddi xərcləri təşkilat komitəsi tərəfindən ödənilmişdi. Toplantının ilk günündə biz seksiyalara bölündük. Burda ənənəvi qayda üzrə şeir, nəsr və tənqid-ədəbiyyatşünaslıq seksiyaları var idi. Əlavə olaraq bizim kimi rusca yazmayan, amma əsərləri ruscaya sətri tərcümə edilmiş yazarların əsərlərinin müzakirə edildiyi tərcümə seksiyası da yaradılmışdı. Tərcümə seksiyasında ilk seminar bizim əsərlərimizin müzakirəsi ilə başlandı və böyük rəğbətlə qarşılandı”, - deyə şair Qismət bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR