Bank Of Baku

Qan Turalının “Mustafa” romanının təqdimat mərasimi keçirilib - FOTO

Qan Turalının “Mustafa” romanının təqdimat mərasimi keçirilib  - <font color=red>FOTO </font>
# 22 oktyabr 2011 15:44 (UTC +04:00)
Bakı-APA. Bu gün “Əli və Nino” kitab mağazasında Kulis.az internet dərgisinin baş redaktoru, gənc yazıçı Qan Turalının yenicə nəşr olunmuş “Mustafa” romanının təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, tədbiri “Qanun” Nəşrlər Evinin baş direktoru Şahbaz Xuduoğlu açaraq deyib ki, Qan Turalının romanı “Ən yeni ədəbiyyat” seriyasından çıxan kitablarla yarışa girməyi bacaran kitabdır: “Roman Bakıda yaşayan bir tələbənin həyatından bəhs edir. Bizim nəşriyyat üçün Qan Turalının imzasının xüsusi yeri var”.

Qan Turalı “Mustafa” romanını 25 yaşında yazmağa başladığını, 27 yaşında bitirdiyini deyib: “Həyatda, siyasətdə gördüyüm faciələri ədəbiyyata gətirmək istəmişəm. Mən 70-80-ci illərdə doğulmuş nəslin yeni dövrdəki faciəsini, yaşadığı təbəddülatları “Mustafa”da göstərməyə çalışmışam”.
Qan Turalı kitabın redaktorları Mirmehdi Ağaoğluna və Şərif Ağayara təşəkkürünü bildirib.
Çıxışlardan sonra müəllif oxucular üçün kitabı imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR