Bank Of Baku

Görkəmli dramaturq Hüseyn Cavidin anadan olmasının 129 illik yubileyi qeyd edilib

Görkəmli dramaturq Hüseyn Cavidin anadan olmasının 129 illik yubileyi qeyd edilib
# 24 oktyabr 2011 10:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüseyn Cavidin Ev Muzeyi və Yasamal rayon İcra Hakimiyətinin birgə təşkilatçılığı ilə görkəmli dramaturq Hüseyn Cavidin anadan olmasının 129 illik yubileyi qeyd edilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib ki, oktyabr ayı bütövlükdə Cavidlər ayıdır: ”1923-cü il 2 oktyabrda Turan Cavid, 1919-cu il 22 oktyabrda Ərtoğrul Cavid, 1882-ci il oktyabrın 24-də isə Hüseyn Cavid anadan olub”.

T. Əhmədov deyib ki, H. Cavidin ad gününü bütün cavidsevərlər üçün bayram hesab etmək olar: “Cavid elə bir yazıçı, dramaturq, şairdir ki, onun əsərləri dönə-dönə təhlil ediləcək, əldən-ələ keçəcək və Azərbaycan xalqı həmişə Cavidlə fəxr eləyəcək. Cavid repressiya qurbanı olub. 1937-ci il iyul ayının 4-də tutulub və Sibirə sürgün olunub. 1941-ci il yanvar ayının 5-də Maqadanda dünyasını dəyişib. Hüseyn Cavidin 100 illik yubileyinə isə ən böyük töhfəni məhz ümumilli lider Heydər Əliyev verdi. 1982-ci ildə Cavidin nəşi Maqadandan Azərbaycana gətirildi və Naxçıvanda dəfn edildi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR