Bank Of Baku

Azərbaycan Yazıçılar Birliyinin qurultayı gələn ilə qaldı

Azərbaycan Yazıçılar Birliyinin qurultayı gələn ilə qaldı
# 31 oktyabr 2011 10:58 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Yazıçılar Birliyinin (AYB) bu il keçirilməsi nəzərdə tutulan qurultayı gələn ilə qalıb. Bu barədə APA-ya AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu məlumat verib. O deyib ki, AYB-nin qurultayı gələn ilin I yarısında - may ayına kimi keçiriləcək. O vaxta qədər qurultaya hazırlıq işləri tam başa çatdırılacaq, AYB-nin filiallarında görüşlər keçiriləcək və qurultaya nümayəndələr seçiləcək.

Qurultay sədri seçəcək, sədr isə katibləri təyin edəcək. Qurultayda ötən qurultaydan bəri ədəbi mühitdə baş verən dəyişikliklər də müzakirə olunacaq.

Qeyd edək ki, AYB-nin axırıncı qurultayı 2004-cü ildə may ayında olub. Nizamnaməyə əsasən, qurultay 5 ildən bir keçirilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR