Bank Of Baku

Bakıda “Rus Ədəbiyyatı Həftəsi” başlayıb

Bakıda “Rus Ədəbiyyatı Həftəsi” başlayıb
# 31 oktyabr 2011 13:03 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bakı Slavyan Universitetində “Rus Ədəbiyyatı Həftəsi”nin açılışı keçirilib. APA-nın xəbərinə görə, həftə Rusiyanın MDB, xaricdə yaşayan soydaşlar və beynəlxalq humanitar əməkdaşlıq üzrə federal agentliyi (“Rossotrudniçestvo”) və “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universiteti tərəfindən Rusiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Tədbirlə əlaqədar rus dili və ədəbiyyatı üzrə bir qrup mütəxəssis Bakıya gəlib. “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin nümayəndəsi Yevgeni Kovalkov bildirib ki, həftənin keçirilməsində məqsəd gənclərin diqqətini rus dilinin öyrənilməsinə cəlb etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR