Bank Of Baku

Cəlil Məmmədquluzadənin “Seçilmiş hekayələri” macar dilində çap olunub

Cəlil Məmmədquluzadənin “Seçilmiş hekayələri” macar dilində çap olunub
# 04 noyabr 2011 12:57 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Macarıstandakı səfirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşəbbüsü ilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin “Seçilmiş hekayələri” macar dilində çap olunub. Səfirlikdən APA-ya verilən məlumata görə, böyük satirikin on iki hekayəsinin daxil edildiyi kitabın tərtibçisi və ön sözün müəllifi Cəlil Məmmədquluzadə irsinin tanınmış tədqiqatçısı, NDU-nun rektoru, akademik İsa Həbibbəylidir. Hekayələri orijinaldan macar dilinə Budapeştdəki ELTE universitetinin müəllimi, azərbaycanşünas alim Mariya Keneşi tərcümə edib. Kitaba Azərbaycan rəssamlarının çəkdikləri illüstrasiyalar da daxil olunub. Macarıstan Elmlər Akademiyasının “Akaprint” nəşriyyatının nəfis şəkildə çap etdiyi “Seçilmiş hekayələr” Cəlil Məmmədquluzadənin Avropada işıq üzü görən ilk kitabıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR