Bank Of Baku

Borçalı-Qarapapaq folkloru haqqında kitab nəşr edilib

Borçalı-Qarapapaq folkloru haqqında kitab nəşr edilib
# 15 noyabr 2011 12:01 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Azərbaycan Folkloru Antologiyası seriyasından Borçalı-Qarapapaq folkloru haqqında kitab nəşr edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycan MEA Folklor İnstitutunun nəşr etdiyi kitabda Borçalı mahalının zəngin folklor nümunələri toplanıb. Kitabın tərtibatçısı və ön sözünün müəllifi mərhum Borçalı alimi, Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru Valeh Hacılardır.

443 səhifədən ibarət kitabda əksini tapan mövsüm və mərasim nəğmələri, miflər və əfsanələr, inanclar-inamlar, atalar sözləri, deyimlər, rəvayətlər, alqışlar, qarğışlar, elat dodaqqaçdıları, andlar, hədə-qorxular, nağıllar, tapmacalar, bayatılar, aşıq rəvayətləri, dastanlar, uşaq folkloru bölmələri Borçalı əhalisindən toplanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR