Bank Of Baku

Akademik Milli Dram Teatrında xalq yazıçısı Mirzə İbrahimovun anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək

Akademik Milli Dram Teatrında xalq yazıçısı Mirzə İbrahimovun anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək
# 23 noyabr 2011 10:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli ictimai xadim, xalq yazıçısı Mirzə İbrahimovun anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, yubiley tədbiri prezident İlham Əliyevin sərəncamına əsasən təşkil olunur. Tədbirdə tanınmış ədəbiyyat və incəsənət xadimləri, millət vəkilləri, ziyalılar, ictimaiyyət nümayəndələri və yazıçının ailə üzvləri iştirak edəcəklər. Tədbirdə yazıçının pyeslərindən hissələr oynanılacaq, tanınmış musiqiçilərin ifaları səslənəcək və yazıçı ilə bağlı filmlərdən kadrlar nümayiş olunacaq.

Teatrın foyesində ədibin kitablarından, onun həyat və yaradıcılığını əks etdirən çap məhsullarından ibarət sərgi açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR