Bank Of Baku

Azərbaycan Yazıçılar Birliyi yazıçı-publisist Rafiq Tağının öldürülməsi ilə bağlı bəyanat yayıb

Azərbaycan Yazıçılar Birliyi yazıçı-publisist Rafiq Tağının öldürülməsi ilə bağlı bəyanat yayıb
# 25 noyabr 2011 16:49 (UTC +04:00)
AYB-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda yazıçının qətlə yetirilməsi pislənilir.

Bəyanatda qeyd olunur ki, AYB istedadlı hekayələr müəllifi R. Tağının xaincəsinə qətlinə ürəkdən ağrıyır və kədərləndiyini bildirir: “Rafiq Tağının müəyyən fikirləri ilə razılaşmamaq, qəbul etməmək, onlarla mübahisələr etmək olardı. Amma tanınmış bir yazıçının belə amansızlıqla öldürülməsi tərəfimizdən hiddət və qəzəblə qarşılanır».

AYB baş vermiş hadisə ilə bağlı mərhumun yaxınlarına başsağlığı verib, həmçinin səlahiyyətli orqanlar tərəfindən qatilin tezliklə tapılaraq cəzalandırılacağına ümidvar olduğunu bildirib.

Qeyd edək ki, noyabrın 19-da naməlum şəxs tərəfindən bıçaqlanan R. Tağı noyabrın 23-də xəstəxanada vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR