Bank Of Baku

Mahatma Qandínin “Bütün insanlar qardaşdır” kitabı Bakıda nəşr olunub

Mahatma Qandínin “Bütün insanlar qardaşdır” kitabı Bakıda nəşr olunub
# 28 noyabr 2011 23:40 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Hindistan milli azadlıq hərəkatının 1919-1948-ci illər arasında lideri Mahatma Qandínin “Bütün insanlar qardaşdır” adlı kitabı Bakıda böyük tirajla nəşr olunub. APA-nın məlumatına görə, hazırda Finlandiyada siyasi mühacir həyatı yaşayan, əslən İrandan olan azərbaycanlı yazıçı Güntay Gəncalpın (Cavanşir) tərcümə etdiyi kitab Hindistanın Azərbaycan Respublikasındakı səfirliyinin maliyyəsi dəstəyi ilə işıq üzü görüb. Milli haqları uğrunda mübarizə aparan insanlar üçün maraqlı olan kitabda Hindistanda Böyük Britaniya müstəmləkəçiliyinə qarşı mücadilədən bəhs olunur. Eyni zamanda Mahatma Qandinin təcrübələri – qeyri-aqressiv mübarizə metodu kitabda öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR