Bank Of Baku

Nizami Gəncəvinin anadan olmasının 870 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Nizami Gəncəvinin anadan olmasının 870 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
# 30 noyabr 2011 09:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 870 illiyinə həsr edilən elmi sessiya keçirilib. APA-nın məlumatına görə, sessiyada çıxış edən AMEA-nın müxbir üzvü Teymur Kərimli Nizami Gəncəvi yaradıcılığının ölümsüzlüyündən danışıb. T. Kərimli deyib ki, Nizami Gəncəvi bütün əsərlərində türkçülük ənənələrinə sadiq qalıb: “Nizami Gəncəvinin ilkin Şərq intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapıb. Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Humanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xoşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır”.
Tədbirdə AMEA-nın müxbir üzvü Əliyar Səfərli “Nizami “Xəmsə”sində türklük konsepsiyası”, professor Nüşabə Araslı “Nizami yaradıcılığında bədii sualın yeri”, Firudin Qurbansoy “Nizami Gəncəvi Həccə getmişdirmi?“ mövzusunda məruzələrlə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR