Bank Of Baku

Çingiz Abdullayev: “Gürcüstanda 47, Ermənistanda 39 faiz kitab oxuyan olduğu halda, Azərbaycanda bu göstərici 11 faizdir”

Çingiz Abdullayev: “Gürcüstanda 47, Ermənistanda 39 faiz kitab oxuyan  olduğu halda, Azərbaycanda bu göstərici 11 faizdir”
# 30 noyabr 2011 13:17 (UTC +04:00)
Hətta Sankt-Peterburqda son illər bu göstərici 64 faizə enib. Onlar düşünürlər ki, o şəhərdə qafqazlıların sayının artması səbəbindən oxucu sayı azalıb”. APA-nın məlumatına görə, bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, xalq yazıçısı Çingiz Abdullayev deyib.

Yazıçı Azərbaycanda kitaba qarşı olan münasibətdən təəssüfləndiyini bildirib: “İnsanlar, xüsusən gənclər televiziya ekranlarında il ərzində bir kitab belə oxumadıqlarından ağız dolusu söz açırlar. Hətta tanınmış insanlara belə sual ünvanlayanda dərin fikrə qərq olub illər əvvəl oxuduqları kitabların adını düşünürlər. Azərbaycanda kitab mağazalarının olmaması da çox ağrılı məsələdir. Əvvəllər ölkədə 100-dən artıq kitab mağazası var idi və təəssüflə bildirirəm ki, bu mağazalar bağlanmayıb, hamısı satılıb. Bu gün isə paytaxtda kitab satılan iki böyük məkan var, bölgələrdən isə danışmağa dəyməz. Sonra da bölgədəki insanları qınayırıq ki, kitab oxumurlar. Hər halda bölgə əhalisi kitab almaq üçün uzun məsafə qət etməyəcək. Bu inandırıcı bir şey deyil”.

AYB katibi ölkədə son illər çox az kitab satılmasını qiymətlərin çox baha olması ilə bağlı olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR