Bank Of Baku

Milli Kitabxanada Tatarıstanın görkəmli şairi Abdulla Tuqayın 125 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilir

Milli Kitabxanada Tatarıstanın görkəmli şairi Abdulla Tuqayın 125 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilir
# 13 dekabr 2011 08:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasında Tatarıstanın görkəmli şairi Abdulla Tuqayın 125 illiyinə həsr olunmuş iki günlük beynəlxalq elmi konfrans keçirilir. APA-nın məlumatına görə, konfransda Türkiyə, Tatarıstan, Başqırdıstan və Qazağıstandan nümayəndələr iştirak edir.

Tədbirdə çıxış edən Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev bildirib ki, 2011-ci il TÜRKSOY təşkilatı tərəfindən Abdulla Tuqay ili elan olunub: “TÜRKSOY təşkilatı tərəfindən hər il bir türk dövlətinin görkəmli şəxsiyyətinin ili elan olunur. Bu ənənəyə 2010-cu ildən başlanılıb. Əslində həmin insanlar bütün türk dünyasının sərvətidir. Bu mənada TÜRKSOY-un gördüyü iş əvəzsizdir”.

Milli Kitabxananın direktoru Kərim Tahirov isə bildirib ki, A. Tuqayın 125 illiyi münasibətilə TÜRKSOY-a daxil olan dövətlərin hər birində silsilə tədbirlər keçirilib. Azərbaycanda görkəmli tatar şairinin 125 illiyi ilə bağlı konfrans keçirilməklə yanaşı, onun seçilmiş əsərləri də çap olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR