Bank Of Baku

TÜRKSOY 2012-ci ili “Mirzə Fətəli Axundov ili” elan edəcək

TÜRKSOY 2012-ci ili  “Mirzə Fətəli Axundov ili” elan edəcək
# 13 dekabr 2011 09:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2012-ci il TÜRKSOY təşkilatı tərəfindən görkəmli Azərbaycan mütəfəkkiri və yazıçısı Mirzə Fətəli Axundovun anadan olmasının 200 illiyi münasibətilə “Mirzə Fətəli Axundov ili” elan olunacaq. APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov deyib. O bildirib ki, gələn il bütün türkdilli ölkələrdə M. F. Axundovun 200 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər – elmi konfranslar, dəyirmi masalar, kitab təqdimatları, sərgilər, ədəbi-bədii gecələr keçiriləcək: “Gələn il bu tədbirlər məhz Azərbaycana həsr olunacaq. Azərbaycanın realist dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə bütün türkdilli ölkələrdə yad ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR