Bank Of Baku

Mənzərə Sadıqovanın müəllifi olduğu “YaşaM” kitabının təqdimatı keçirilib

Mənzərə Sadıqovanın müəllifi olduğu “YaşaM” kitabının təqdimatı keçirilib
# 14 dekabr 2011 13:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Jurnalist-publisist Mənzərə Sadıqovanın müəllifi olduğu “YaşaM” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, professor Nizami Cəfərov deyib ki, janr etibarilə fərqlənsələr də, bütün yazılarda dilin axıcılığı, üslubun səlisliyi və elmi-bədii təfəkkürün aydınlığı diqqəti cəlb edib. Kitabı təhlil edən N. Cəfərov qeyd edib ki, müəllif dünyanın gərdişinə və dövrümüzün gerçəkliklərinə fəlsəfi yanaşma nümayiş etdirib: “Bu məqalələri Mənzərə Sadıqovanın ictimai xarakteristikası da adlandıra bilərik”.

Mərasimdə çıxış edən Milli Məclisin deputatları Jalə Əliyeva, Qənirə Paşayeva və digərləri kitabda yer alan yazıların oxucularda və ədəbi mühitdə maraq doğuracağına inandıqlarını vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR