Bank Of Baku

Təbrizli şairənin Bakıda yeni şeirlər kitabı işıq üzü görüb - FOTO

Təbrizli şairənin Bakıda yeni şeirlər kitabı işıq üzü görüb - <font color=red>FOTO</font>
# 21 dekabr 2011 12:58 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Təbrizli şairə Məlihə Əzizpurun Bakıda ikinci şeirlər kitabı çap olunub. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz məlumat verib. Onun sözlərinə görə, təbrizli şairənin ’’Mənə bir küçə bağışla’’ adlı yeni kitabı AYB-nin Güney Azərbaycan ədəbiyyatı şöbəsinin təşəbbüsü ilə “YEK” nəşriyyatı tərəfindən buraxılıb. Burada Məlihə Əzizpurun son iki il ərzində qələmə aldığı şeirlər toplanıb. Sayman Aruz bildirib ki, bu, təbrizli şairənin Bakıda işıq üzü görən ikinci kitabıdır: “Biz ilk kitabı bundan iki il əvvəl çap etmişdik. “Su pıçıltısı” adlı kitab “Qanun” nəşriyyatı tərəfindən buraxılmışdı. Ümumiyyətlə, Güney Azərbaycan şöbəsi əslən İrandan olan bütün azərbaycanlı şairlərin kitablarının çap edilməsinə hazırdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR