Bank Of Baku

Azərbaycan Yazıçılar Birliyinin sədri Anara “Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyi” diplomu və yubiley medalı təqdim edilib

Azərbaycan Yazıçılar Birliyinin sədri Anara “Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyi” diplomu və yubiley medalı təqdim edilib
# 28 dekabr 2011 09:30 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan Yazıçılar Birliyinin sədri Anara “Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyi” diplomunun və yubiley medalının təqdim edilməsi münasibətilə mərasim keçirilib. APA-nın xəbərinə görə, Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov Anara diplom və yubiley medalı, xatirə hədiyyəsi təqdim edib.

Səfir deyib ki, Anar bu mükafata Azərbaycan-Qazaxıstan ədəbi əlaqələrinin inkişafında və möhkəmləndirilməsində böyük xidmətlərinə görə layiq görülüb. O bildirib ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin fərmanı ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, sənaye və energetika naziri Natiq Əliyev də bu mükafata layiq görülüblər.

Yazıçı Anar çıxışında Qazaxıstan prezidenti Nursultan Nazarbayevə minnətdarlığını bildirərək, xalqlar arasında ədəbi əlaqələrin daha da möhkəmləndirilməsi uğrunda bundan sonra da səylərini əsirgəməyəcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR