Heydər Əliyev Fondu “Buta” sarayında kimsəsiz və valideyn himayəsindən məhrumuşaqlar üçün Yeni il şənlikləri keçirib
APA-nın “Azərtac”a istinadən verdiyi xəbərə görə, Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və nəvələri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva növbəti bayram şənliyində iştirak ediblər.
Bayram şənliyi film nümayişi ilə başlayıb. Filmdə ümummilli lider Heydər Əliyevin müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından və onlara qayğısından bəhs edilib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirdə iştirak edənləri salamlayaraq, hər kəsi bayram münasibətilə təbrik edib.
“2011-ci il ölkəmizin tarixində xüsusi yer tutacaq. Əziz uşaqlar, siz hamınız yəqin bilirsiniz ki, bu il Azərbaycan müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünü qeyd edib. Bu 20 il ərzində ölkəmiz çox böyük nailiyyətlər əldə edib. Ölkəmiz bütün sahələrdə inkişaf edir, yeni proqramlar icra olunur, şəhərlərimiz gözəlləşir, yeni yollar, körpülər, məktəblər, xəstəxanalar, idman mərkəzləri tikilir. Ölkəmizdə bütün sahələrdə böyük inkişaf gedir. Bunu hamımız görürük. Hamımız fəxr edirik ki, biz belə bir qüdrətli və gözəl ölkədə - Azərbaycanda yaşayırıq”-deyə, M. Əliyeva bildirib.
Birinci xanım deyib ki, bu gün görülən işlər, aparılan quruculuq prosesi gələcək nəsillərin güclü, müstəqil, qüdrətli Azərbaycanda yaşamasını təmin etməkdir: “Ölkəmizin inkişafını siz davam etdirəcəksiniz. Buna görə də siz bu gün, ilk növbədə gözəl təhsil almalısınız. Çünki gələcək yalnız və yalnız təhsil, bilik, savad və ağılla bağlıdır. Mən bu bayram axşamı, əlbəttə, sizə ilk növbədə cansağlığı arzulamaq istəyirəm. İstəyirəm ki, siz yaxşı oxuyasınız, savadlı, bilikli olasınız. İstəyirəm ki, siz sabah müstəqil Azərbaycanın qurucuları olasınız. Əlbəttə, bugünkü nailiyyətlər hamımızı sevindirir. Bu gün hamımız fəxr edirik ki, belə bir gözəl ölkədə yaşayırıq”.
Uşaqlar Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürlərini bildirib, onunla və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə xatirə şəkli çəkdiriblər.
Şənlikdə iştirak edən hər bir uşağa Heydər Əliyev Fondunun bayram sovqatı, Yeni İlin rəmzi olan oyuncaq əjdahalar hədiyyə olunub.
Fondun Yeni il şənliklərində ümumilikdə 2 minə yaxın uşaq iştirak edib.
Ədəbiyyat
Nazir müavini: XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində 300-dən çox müxtəlif səpkili tədbirlər keçiriləcək
XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib - FOTO
Sevda Tahirli: Babam Mirzə Ələkbər Sabir haqqında doğru sandığımız, amma yanlış olan bəzi məsələlər var - MÜSAHİBƏ
“Ən çox oxunan müəllif 2026” nominasiyası üzrə onlayn səsvermə başlayıb
Xəbər Lenti
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
"Euronews": AQEM üzvləri regional dialoqu konkret addımlara çevirməyə çalışırlar - VİDEO
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
Mask Ukrayna ordusu üçün Starlink internet xidmətlərində məhdudiyyət tətbiq etdiyini etiraf edib
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Gürcüstanda saxlanılan İbad Hüseynov səfirliyin dəstəyi ilə buraxılıb, Azərbaycana qayıdıb
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - YENİLƏNİB
Fransada iğtişaşlar zamanı 1000-ə yaxın şəxs saxlanılıb
Rusiya Xarkov və Dnepropetrovsk vilayətinə zərbələr endirib: ölənlər və yaralananlar var
İtaliyanın müxtəlif şəhərlərində etirazçılarla polislə arasında toqquşma yaşanıb
Fransada oktyabrın 24-də 410 min nəfər etiraz aksiyalarına qatılıb
Husilər Səudiyyə Ərəbistanında hava limanlarını və neft obyektlərini hədəf aldıqlarını açıqlayıblar
FIFA U-15: Azərbaycan Timor-Leste millisini 6:0 məğlub edib
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB
Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk
Ukrayna qüvvələri Omskda kimya zavoduna zərbə endirib
Goranboyda “Changan” piyadanı vuraraq öldürüb - FOTO
Rusiya səfirliyi diplomatların İrandan çıxarılması ilə bağlı iddialara münasibət bildirib
Lənkəranda balıq tutan kişi ölüb
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1
Misli Premyer Liqasında “Kəpəz” “Şəfa”ya qalib gəlib
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır - YENİLƏNİB
Gəncədə avtomobilin vurduğu piyada 7 gün sonra xəstəxanada ölüb - YENİLƏNİB
FIFA prezidenti: Azərbaycana təşəkkürümü bildirirəm
Fransada etirazçılarla polis arasında toqquşma baş verib - YENİLƏNİB
Pezeşkian Moskvaya səfər edəcək
Rusiyada qatar mikroavtobusla toqquşub, 6 nəfər ölüb
Gəncədə 49 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə
Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazanıb
“Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib
Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Bakı Bulvarında Zeytun Festivalı davam edir - FOTO
Tovuzda bağlı qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib
U-15 dünya çempionatı başlayır
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
Gəncədə qadın əri tərəfindən bıçaqlanıb
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq
Qızılın qiyməti 4 min dollardan aşağı düşüb
İranın ötən ayda əldə etdiyi neft gəlirlərinin həcmi açıqlanıb
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb
Bakıda ölümlə nəticələnən insidentdə iştirak edən deputat Arzuxan Əlizadənin oğlu saxlanılıb - YENİLƏNİB-1
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
Filippində hərbi təyyarələr havada toqquşub, 4 pilot ölüb - VİDEO
“Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib