Bank Of Baku

Hüseyn Cavidin anadan olmasının 130 ili münasibətilə təqvim hazırlanıb

Hüseyn Cavidin anadan olmasının 130 ili münasibətilə təqvim hazırlanıb
# 06 yanvar 2012 14:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin Ev Muzeyi Hüseyn Cavidin anadan olmasının 130 ili münasibətilə silsilə tədbirlər hazırlayır. H. Cavidin Ev Muzeyindən APA-ya verilən məlumata görə, ilkin olaraq Hüseyn Cavidin və ümumiyətlə cavidlər ailəsinin həyat və yaradıcılığını əks etdirən təqvim hazırlanıb.

Təqvimdə cavidlər ailəsinin həyatında baş verən tarixi məqamlar və onların izahı öz əksini tapıb. Təqvimin ikinci səhifəsində H.Cavidin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib.

Təqvimin hər səhifəsində Hüseyn Cavidin əsərlərindən parçalar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR