Bank Of Baku

Ötən il Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmayıb

Ötən il Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmayıb
# 17 yanvar 2012 10:06 (UTC +04:00)
Bu barədə APA-ya AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu bildirib. O qeyd edib ki, yeni üzvlərin qəbulu ilə bağlı proses Birliyin bu il keçiriləcək qurultayına qədər dayandırılıb. Ə. Əsgəroğlu bunun AYB üzvlərinin vəsiqələrinin dəyişdirilməsi ilə bağlı olduğunu bildirib. Hazırda AYB üzvlərinin vəsiqələrinin dəyişdirilməsi ilə bağlı anketlər doldurulur. Vəsiqələr qurultaya qədər yeniləri ilə əvəz olunacaq.

Qeyd edək ki, hazırda AYB-nin 1700-ə qədər üzvü var. Fəxri üzvlərlə birlikdə AYB üzvlərinin sayı 2000-ə çatır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR