Bank Of Baku

Mirzə Fətəli Axundovun altı komediyası və “Aldanmış kəvakib” povesti macar dilinə tərcümə edilir

Mirzə Fətəli Axundovun altı komediyası və “Aldanmış kəvakib” povesti macar dilinə tərcümə edilir
# 19 yanvar 2012 11:24 (UTC +04:00)
Bakı – APA. Bu il Azərbaycan dramaturgiyasının banisi, XIX əsr Azərbaycan ictimai-siyasi fikrinin ən görkəmli nümayəndələrindən biri Mirzə Fətəli Axundovun (1812-1878) anadan olmasının 200 illiyi tamam olur. Azərbaycanın Macarıstandakı səfirliyi beynəlxalq miqyasda qeyd edilən bu mühüm mədəni hadisəyə öz töhfəsini verərək böyük ədibin bədii əsərlərinin macar dilində nəşri ilə bağlı layihə həyata keçirir. Səfirlikdən APA-ya verilən xəbərə görə, M. F. Axundovun altı komediyasını və “Aldanmış kəvakib” povestini orijinaldan macar dilinə Azərbaycanşünas alim, Budapeştdəki Etvöş Lorand Universitetinin müəllimi Mariya Keneşi tərcümə edir.

Bakı Dövlət Universitetini Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirən Mariya Keneşi “Macarca-azərbaycanca danışıq kitabçası”, “Gəlin Azərbaycan dilində danışaq” (professor Kamal Abdulla ilə birlikdə) kitablarının müəllifi, Cəlil Məmmədquluzadənin ötən il macar dilində çap olunan “Seçilmiş hekayələr”inin tərcüməçisidir. Səfir Vilayət Quliyev kitaba “Yeni Azərbaycan ədəbiyyatının banisi” adlı müqəddimə yazıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR