Bank Of Baku

Mirzə Ələkbər Sabirin 150 illik yubileyi ilə bağlı müsabiqə-sərgi keçiriləcək

Mirzə Ələkbər Sabirin 150 illik yubileyi ilə bağlı müsabiqə-sərgi keçiriləcək
# 21 yanvar 2012 12:15 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Görkəmli Azərbaycan şairi, ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi Mirzə Ələkbər Sabirin (Məşədi Ələkbər Hacı Zeynalabdin oğlu Tahirzadənin) anadan olmasının 150 illik yubileyi ilə bağlı müsabiqə-sərgi keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov məlumat verib.

O bildirib ki, artıq müsabiqə ilə bağlı lazımi elanlar verilib. Sərginin bu ilin aprel ayında keçirilməsi nəzərdə tutulur. Qeyd olunan yubiley müsabiqə-sərgisi Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşəbbüsü ilə həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR