Bank Of Baku

Özbəkistanda Hüseyn Cavidin 130 illik yubileyi qeyd olunacaq

Özbəkistanda Hüseyn Cavidin 130 illik yubileyi qeyd olunacaq
# 26 yanvar 2012 09:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Hüseyn Cavidin 130 illik yubileyi Özbəkistanın paytaxtı Daşkənd şəhərində də keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) H. Cavidin Ev Muzeyindən bildirilib.

Yubiley tədbiri H. Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlının və Azərbaycanın Özbəkistandakı səfirliyinin ikinci katibi Səbuhi Əhmədovun birgə təşkilatçılığı ilə baş tutacaq. Yubiley tədbirinə hazırlıq çərçivəsində görülən işlərdən ən önəmlisi H. Cavidin əsərlərinin özbək dilinə tərcümə edilməsidir. Tanınmış özbək şairi, 1992-ci ildə “Topal Teymur” pyesini özbək dilinə tərcümə edən Usman Kuçkar H. Cavidin “Şeyx Sənan” əsərinin tərcüməsini tamamlayıb, fevralın sonlarında isə “Səyavuş” əsərinin də tərcüməsi tamamlanacaq. Beləliklə, fevralın sonlarına H. Cavidin 3 əsərinin tərcüməsi artıq tamamlanmış olacaq.

Yubiley tədbirinin keçirilməsi ərəfəsində “Topal Teymur”, “Şeyx Sənan”, “Səyavuş” pyesləri özbək dilində bir kitabda nəfis şəkildə nəşr olunacaq. H. Cavidin xatirə gecəsində kitabın təqdimat mərasimi də planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR