Bank Of Baku

Kamal Abdullanın yaradıcılığına həsr olunan “Məqamlar” kitabının təqdimatı keçirilib - FOTO

Kamal Abdullanın yaradıcılığına həsr olunan “Məqamlar” kitabının təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 30 yanvar 2012 12:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Yazıçılar Birliyində (AYB) Salam Sarvan, Etimad Başkeçid və Kamal Abdullanın birgə müəllifliyi ilə “Məqamlar” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, Kamal Abdullanın yaradıcılığı ilə bağlı ədəbiyyat söhbətindən ibarət kitabda yazıçının yaradıcılığına dair 15 məqam yer alıb.

Təqdimat mərasimində çıxış edən AYB sədri Anar bildirib ki, son vaxtlar yazıçılar ədəbiyyat söhbətlərinə daha çox üstünlük verirlər: “Belə söhbətlərin olması çox mühümdür. Çünki yazıçının mənəvi aləmi həm də ədəbiyyat haqqında söhbətlərlə açılır. K. Abdulla gözəl yazıçı olmaqla bərabər, həm də dəyərli alimdir. Bu baxımdan onun ədəbiyyyatşünaslığın müxtəlif aspektləri ilə bağlı fikirləri önəmlidir”.

AYB-nin katibi Arif Əmrahoğlu isə deyib ki, “Məqamlar” kitabı ədəbiyyatın içindən ədəbiyyata baxışdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR