Bank Of Baku

“XVII əsr anadilli Azərbaycan poeziyası” adlı kitab çap olunub

“XVII əsr anadilli Azərbaycan poeziyası” adlı kitab çap olunub
# 30 yanvar 2012 13:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) M. Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən “XVII əsr anadilli Azərbaycan poeziyası” adlı kitab çap olunub. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kitabın müəllifi Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimovdur.
Kitaba adları ədəbiyyat tarixinə düşməmiş, az tanınan və ya anadilli şeirləri barədə məlumat olmayan Sadiq bəy Əfşar, Mürtəzaqulu xan Zəfər, Vəhid Qəzvini, Tərzi Əfşar, Vali, Məczub Təbrizi, Təsir Təbrizi, Şükri haqqında portret-oçerklər, XVII əsr anadilli poeziyasının müxtəlif məsələlərinə dair məqalələr daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR