Bank Of Baku

Əliağa Vahidin anadan olmasının 118-ci ildönümü qeyd olunub - FOTOSESSİYA

Əliağa Vahidin anadan olmasının 118-ci ildönümü qeyd olunub - <font color=red>FOTOSESSİYA</font>
# 18 fevral 2012 10:37 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda görkəmli Azərbaycan şairi Əliağa Vahidin anadan olmasının 118-ci ildönümü münasibətilə tədbir keçirilib.

APA-nın məlumatına görə, qəzəlxan İçərişəhərdə yerləşən büstünün qarşısında yad edilib.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Rahib Azəri bildirib ki, Vahidin heykəlinin qarşısında xatirə lövhəsi quraşdırılıb və bu gün həmin lövhənin açılışıdır: “Əliağa Vahid Azərbaycanın XX əsrdə yaşamış ən böyük klassik şairlərindən olub və onun xatirəsini yad etmək bizim borcumuzdur”.

“Vahid” ədəbi məclisinin sədri Hacı Rafiq Əliyev deyib ki, Azərbaycan ədəbiyyatının ən zəngin qollarından biri qəzəl janrıdır və Əliağa Vahid bu janrın ən layiqli davamçısı olub: “Vahid bütün qəzəllərində ustad sənətkarların adlarını qeyd edirdi, onlardan öyrəndiyini fəxrlə təkrar edirdi. Qəzəlxan Azərbaycan ədəbi dilinin saflığı uğrunda mübarizəni məhz onlardan öyrəndiyini yaddan çıxarmırdı”.

Tədbirdə İçərişəhər Ağsaqqallar Şurasının üzvləri, şeirsevərlər çıxış edib. Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində Ə.Vahid adını 293 saylı orta məktəbin şagirdləri isə qəzəlxanın qəzəllərini səsləndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR