Bank Of Baku

Moskvada Yunus Oğuzun "Əmir Teymur - Zirvəyə doğru" tarixi romanının təqdimat mərasimi keçirilib - FOTO

Moskvada Yunus Oğuzun "Əmir Teymur - Zirvəyə doğru" tarixi romanının təqdimat mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 12 mart 2012 15:28 (UTC +04:00)
APA-nın Moskva bürosunun məlumatına görə, Moskva Millətlər Evində keçirilən təqdimat mərasimi Rusiyadakı Azərbaycan Milli Mədəni Muxtariyyəti (“Azərros”) və “Bakılılar Klubu” tərəfindən təşkil olunub. Təqdimat mərasimində Rusiyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı ziyalılar, ictimai təşkilatların rəhbərləri və Rusiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən Yunus Oğuz Əmir Teymurun təkcə türk ölkələrində deyil, bütün Avropada və Rusiyada böyük marağa səbəb olan bir tarixi şəxsiyyət olduğunu söyləyib: “Onun şəxsiyyəti haqqında ətraflı müzakirələr bu gün də davam edir. İnanıram ki, Əmir Teymurun tarixi şəxsiyyəti yeni bir təqdimatda Rusiya oxucuları üçün maraqlı olacaq”.

Y. Oğuz bildirib ki, Əmir Teymur rus dilində olduğu kimi yox, sovet dövründə istədikləri kimi göstərilib, bu əsərdə isə o, olduğu kimi təqdim olunub. Müəllif "Əmir Teymur - Zirvəyə doğru" tarixi romanının artıq Türkiyədə də tərcümə olunduğunu və iki aya orada da təqdimat keçiriləcəyini açıqlayıb.

Kitabı rus dilinə Əli Səidov tərcümə edib, redaktoru Oksana Bulanovadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR