Bank Of Baku

“Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri” kitabı çapdan çıxıb – FOTO

“Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri” kitabı çapdan çıxıb – <font color=red>FOTO </font>
# 28 mart 2012 09:58 (UTC +04:00)
Bakı-APA. Mərhum akademik Bəkir Nəbiyevin “Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri” kitabı işıq üzü görüb. APA-nın xəbərinə görə, kitabda akademik Bəkir Nəbiyevin qədim və zəngin Şirvan ədəbi mühitinin yetirdiyi böyük Azərbaycan şairləri – Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət və Məhəmməd Hadiyə həsr etdiyi elmi-kütləvi oçerklər yer alıb. Kitabın elmi redaktoru filologiya elmləri doktoru Asif Rüstəmlidir.
Kitab Şamaxının millət vəkili Elxan Süleymanovun dəstəyi ilə nəşr olunub.
Toplu geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR