Bank Of Baku

AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə Dədə Qorqud sessiyası keçirilib

AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə Dədə Qorqud sessiyası keçirilib
# 09 aprel 2012 10:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun təşkilatçılığı ilə Dədə Qorqud sessiyası keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Folklor İnstitutunun direktoru Muxtar İmanov bildirib ki, “Kitabi-Dədə Qorqud” Azərbaycanın şifahi və yazılı ədəbiyyatının ən möhtəşəm abidəsidir: “Bu kitab əsl sirlər xəzinəsidir. Hansı yöndən yanaşsaq, bu dastanda açmalı, öyrənməli məsələlər həddən artıq çoxdur. Biz bu kitabı dünyaya və özümüzə layiqli şəkildə çatdırmalıyıq”.

Sessiyanın dastanın elm aləminə məlum olmasının 200 illiyinə həsr edildiyini deyən M. İmanov qeyd edib ki, 1815-ci ildə ilk dəfə olaraq alman şərqşünası Fridrix fon Dits dastan haqqında məlumat verib və “Kitabi-Dədə-Qorqud”un “Təpəgöz” boyunu alman dilində nəşr etdirib. Bununla da elm aləmində qorqudşünaslığın əsası qoyulub.

Sessiyada “Dədə Qorqudun poetikası”, “Kitabi-Dədə-Qorqud”da təsvir olunan Oğuz elinin həyat tərzi, etnoqrafiyası, dövlətçilik sistemi, dastanın indiyədək açılmayan mübahisəli məqamları və oxunuşu ilə bağlı mühazirələr dinlənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR