Bank Of Baku

Millət vəkili Fazil Mustafanın kitablarının təqdimatı keçirilib

Millət vəkili Fazil Mustafanın kitablarının təqdimatı keçirilib
# 14 aprel 2012 10:05 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Park Bulvar”da Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafanın yeni kitablarının təqdimat mərasimi və oxucularla görüşü keçirilib. APA-nın məlumatına görə, mərasimdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, bu ölkənin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri İsmail Safi, Milli Məclisin üzvləri Qənirə Paşayeva, İlyas İsmayılov, Aqil Abbas, Rəfael Cəbrayılov, Sahib Alıyev, ziyalılar, gənclər, tələbələr iştirak ediblər.

Mərasimdən sonra Fazil Mustafanın təqdimatını keçirdiyi kitablarının bir qismi satılıb. Müəllif eyni zamanda oxucular üçün imza günü də keçirib.

Qeyd edək ki, bu yaxınlarda Fazil Mustafanın ikisi Bakıda, biri İstanbulda olmaqla üç kitabı işıq üzü görüb. Bunlar “Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşü: dini-fəlsəfi aspekt”, “Asiyadan sivilizasiyaya (məqalələr toplusu)” və “Azərbaycan türkünün iman davası” kitablarıdır. Bakıda çap olunan kitabların redaktoru Cavid İsmayıl (Cabbaroğlu), İstanbulda çap olunan kitabın redaktoru isə Mehmet Çelikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR