Bank Of Baku

Yunus Oğuzun kitablar toplusunun təqdimat mərasimi keçirilib - FOTOSESSİYA

Yunus Oğuzun kitablar toplusunun təqdimat mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 19 aprel 2012 11:51 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycan Atatürk Mərkəzində türkoloq alim Yunus Oğuzun 6 kitabdan ibarət kitablar toplusunun təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə millət vəkilləri, yazıçı və şairlər, media qurumlarının rəhbərləri iştirak edib. Y. Oğuzun kitablar toplusuna “Əmir Teymur zirvəyə doğru” əsərinin 1-ci hissəsinin rus və Azərbaycan dillərində nəşrləri, “Əmir Teymur dünyanın hakimi” əsərinin 2-ci cildinin Azərbaycan dilində nəşri, “Qədim türklər və passionarlıq nəzəriyyəsi L. N. Qumilyovun tədqiqatlarında” əsərinin Azərbaycan və türk dillərində nəşrləri və “Atilla” əsərinin türk dilində nəşri daxildir.

Tədbirdə çıxış edən Azərbaycan Atatürk Mərkəzinin müdiri, millət vəkili Nizami Cəfərov bildirib ki, Yunus Oğuz artıq özünü tarix romançısı kimi təsdiq etmiş yazıçılardandır: “O, qısa müddət ərzində çoxlu tarixi romanlar yazıb. Yunus Oğuz həm tarixçi kimi dəyərli bir tədqiqatçıdır, həm ədəbiyyatçı kimi yaxşı bir roman ustasıdır”. N. Cəfərov Y. Oğuzun əsərlərində türkçülük, millilik və dövlətçilik ideologiyasının əsas yer tutduğunu deyib. Onun sözlərinə görə, bu, alimin fəlsəfi, ideoloji təfəkkürünün nəticəsi kimi başa düşülməlidir.

Millət vəkili Aqil Abbas Yunus Oğuzun çox çətin bir yükün altına girdiyini söyləyib. O, kitabların gözəl elmi işlər olduğunu vurğulayıb.

Y. Oğuzun bütün əsərlərində dövlətçilik, millətçilik və xalqa sadiqlik prinsiplərini qoruya bildiyini deyən “Kaspi” qəzetinin baş redaktoru Sona Vəliyeva müəllifə gələcək işlərində uğurlar arzulayıb.

APA Group”un baş direktoru Vüsalə Mahirqızı isə Y. Oğuzun gənc oxucularının artması üçün təklif irəli sürüb. O qeyd edib ki, gənclər daha çox internetdən istifadə etdikləri üçün bu kitablardan ibarət onlayn-kitabxana yaratmaq olar. V. Mahirqızı hesab edir ki, bu əsərlərin internet vasitəsilə satışı da təşkil edilə bilər.

Tədbirin sonunda çıxış edən Y. Oğuz bildirib ki, onun “Nadir Şah” əsəri gələn il Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulacaq. “Əmir Teymur zirvəyə doğru” əsərinin 2-ci hissəsi isə rus dilinə tərcümə olunacaq və həmin əsərin Qırğızıstanda çapı nəzərdə tutulur. Y. Oğuz yeni tarixi əsərlər üzərində çalışdığını da açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR