Bank Of Baku

Cəlil Məmmədquluzadənin vaxtilə Tiflisdə yaşadığı ev bərbad vəziyyətə düşüb – FOTO

Cəlil Məmmədquluzadənin vaxtilə Tiflisdə yaşadığı ev bərbad vəziyyətə düşüb – <font color=red>FOTO</font>
# 27 aprel 2012 07:19 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin vaxtilə Tiflisdə yaşadığı ev bərbad vəziyyətdədir. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, ev təhlükəli vəziyyətə düşüb. Hazırda gürcü ailəsinin yaşadığı evin divarı uçmaq üzrədir.
Evin qarşısına vurulan xatirə lövhəsində isə ədibin ölüm tarixi yanlış göstərilib.
Gürcüstanda yaşayan azərbaycanlı ziyalılar APA-ya görkəmli yazıçının yaşadığı evin bərbad vəziyyətə düşməsindən narahat olduqlarını bildirib, evin bərpa edilməsinin vacib olduğunu vurğulayıblar.
Xatırladaq ki, Mirzə Cəlil “Molla Nəsrəddin” jurnalını 1906-cı ildən başlayaraq 1918-ci ilə qədər bu evdə hazırlayaraq nəşr etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR