Bank Of Baku

Polşa hökuməti Sabir Rüstəmxanlını “Sənətkara şöhrət” medalı və xüsusi diplomla təltif edib

Polşa hökuməti Sabir Rüstəmxanlını “Sənətkara şöhrət” medalı və xüsusi diplomla təltif edib
# 04 may 2012 07:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycanın xalq şairi, Milli Məclisin üzvü Sabir Rüstəmxanlı “Sənətkara şöhrət” medalı və xüsusi diplomla təltif edilib. APA-nın məlumatına görə, təqdimetmə mərasimi Polşanın Konstitusiya Günü ilə bağlı Bakıda keçirilən mərasimdə reallaşıb.

Polşanın Azərbaycandakı səfiri Mixal Labenda mərasimdə çıxış edərək deyib ki, Polşa Mədəniyyət Nazirliyi Azərbaycanın xalq şairi, Milli Məclisin üzvü Sabir Rüstəmxanlını “Sənətkara şöhrət” medalı və xüsusi diplomla təltif edib. S. Rüstəmxanlı bu medala mədəniyyət və ədəbiyyat sahəsindəki xüsusi xidmətlərinə və Polşa-Azərbaycan ədəbi əlaqələrinin inkişafında oynadığı rola görə layiq görülüb.

Səfir qeyd edib ki, S. Rüstəmxanlı polyak ədəbiyyatının klassiki, slavyan poeziyasının üç zirvəsindən biri sayılan Adam Mitskeviçin ədəbi irsinin tərcüməsi və onun Azərbaycanda tanıdılması sahəsində xeyli iş görüb. S. Rüstəmxanlının tərcüməsində A. Mitskeviçin “Krım sonetləri” (1985), “Krım sonetləri – pantodeuş” (1998) kitabları, həmçinin “Dünya ədəbiyyatı kitabxanası” seriyasından kütləvi tirajla çap olunan “Seçilmiş əsərləri” Azərbaycan oxucusuna təqdim edilib. S. Rüstəmxanlı həm də Adam Mitskeviçin yaradıcılığı ilə bağlı bir sıra məqalələrin də müəllifidir.

Mərasimdə çıxış edən S. Rüstəmxanlı Polşa dövlətinə təşəkkürünü bildirərək, iki xalqın diplomatik əlaqələrinin 550 ilə yaxın bir tarixi əhatə etdiyini söyləyib: “Tarixin bütün dövrlərində Azərbaycan ərazisində yerləşən bizim dövlətlərin Polşa ilə sıx əlaqələri olub. Təkcə Azərbaycan Səfəvi dövləti ilə Polşa arasındakı əlaqələrin 540 il yaşı var”. O, Polşa Konstitusiyasının Avropada birinci, dünyada isə ABŞ-dan sonra ikinci yazılı Konstitusiya olduğunu da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR