Bank Of Baku

Bakı Miniatür Kitab Muzeyinin yaradıcısı Zərifə Salahova Belarusun dövlət medalı ilə təltif edilib - FOTOSESSİYA

Bakı Miniatür Kitab Muzeyinin yaradıcısı Zərifə Salahova Belarusun dövlət medalı ilə təltif edilib - <font color=red>FOTOSESSİYA</font>
# 04 may 2012 16:02 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Bakı Miniatür Kitab Muzeyinin yaradıcısı, Azərbaycanın əməkdar incəsənət xadimi Zərifə Salahovanın Belarus Respublikasının dövlət mükafatı - Fransisk Skorina medalı ilə təltif edilməsinə həsr olunmuş tədbir keçirilib. APA-nın xəbərinə görə, Z. Salahova Belarus ədəbiyyatının populyarlaşdırılması istiqamətində çoxillik çalışmaları və Belarusla Azərbaycan arasında humanitar əlaqələrin möhkəmlənməsinə verdiyi töhfələrlə əlaqədar bu medala layiq görülüb.

Mərasim çərçivəsində Belarus ədəbiyyatı klassiklərinin əsərlərindən ibarət miniatür kitabların təqdimatı da olub. Kitablar Belarus ədibləri Yanka Kupala və Yakub Kolasın 130, Maksim Boqdanoviçin isə 120 illik yubileylərinə həsr edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR