Bank Of Baku

“XII Bakı Kitab Bayramı” illik kulturoloji tədbirinin rəsmi açılışı keçirilib

“XII Bakı Kitab Bayramı” illik kulturoloji tədbirinin rəsmi açılışı keçirilib
# 18 may 2012 11:32 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Yazıçılar Birliyində “XII Bakı Kitab Bayramı” illik kulturoloji tədbirinin rəsmi açılışı keçirilib. APA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyinin, Gənclər Təşkilatları Milli Şurasının , Azərbaycan Yazıçılar Birliyinin təşkilati dəstəyi ilə Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən keçirilən tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 94, Mirzə Fətəli Axundzadənin 200 illik yubileylərinə və “Eurovision 2012” mahnı müsabiqəsinə həsr olunub.

Açılış mərasimində çıxış edən Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri Aydın xan Əbilov bildirib ki, kulturoloji layihə çərçivəsində sərgi, ilin mədəniyyət, ədəbiyyat və kitab hadisələrini əhatə edən Milli Kulturoloji Müsabiqə, internet kitabxanalarının təqdimatı, ədəbi görüşlər, müzakirələr, məktəblərdə, cəzaçəkmə müəssisələrində kitab bayramları və başqa tədbirlər təşkil olunub. A. Əbilov deyib ki, “XII Bakı Kitab Bayramı” milli kulturoloji mükafat komissiyası üzvlərinin son toplantısında müsabiqəyə təqdim olunmuş 150-dən çox layihənin arasında 21 iş uğurlu sayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR