Bank Of Baku

Respublika “Xatirə kitabı”nın 11-ci cildi çapdan çıxıb

Respublika “Xatirə kitabı”nın 11-ci cildi çapdan çıxıb
# 09 iyul 2012 11:45 (UTC +04:00)
Bakı. Leyla Hacıyeva-APA. Respublika “Xatirə kitabı”nın 11-ci cildi çapdan çıxıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika “Xatirə kitabı” redaksiyasının baş redaktoru Nahid Hacıyevin APA-ya verdiyi məlumata görə, “M” hərfi kitabın ən çox yer tutan cildlərdəndir. “Xatirə kitabı”nın 9, 10, 11-ci cildi bu hərflə bağlıdır.11-ci cild 90 çap vərəqinə yaxındır, cildin 40 səhifəsini fotolar tutur. Burada milli qəhrəmanlar, soyadları “M” hərfi ilə başlayan 20 Yanvar hadisələri, Xocalı soyqırımı, İkinci dünya müharibəsi qəhrəmanları, Polşa, Çexoslovakiya hadisələrində həlak olmuş insanların fotoları əks olunub.

N. Hacıyev deyib ki, kitabın hər cildi 100 çap vərəqindən ibarətdir, hər bir cilddə 15-16 min soyad haqqında məlumat verilib. Xatirə kitabının 20 cilddə çıxması gözlənilir. N. Hacıyev qeyd edib ki, bu cildlər başa çatandan sonra “Xatirə kitabı”nın istiqaməti bir qədər dəyişdiriləcək və Qarabağda qəhrəmanlıqla həlak olan insanlarla bağlı xüsusi buraxılışlar hazırlanacaq.

Qeyd edək ki,”Xatirə kitabı”nın hər cildi 2000 nüsxə ilə çıxır və şəhid ailələrinə, yaxınlarına dövlət hesabına pulsuz verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR