Bank Of Baku

AMEA Mərkəzi Elmi Kitabxanasında Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanıb

AMEA Mərkəzi Elmi Kitabxanasında Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanıb
# 24 iyul 2012 11:19 (UTC +04:00)
Bakı. Leyla Hacıyeva-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanıb. APA-nın məlumatına görə, kitabxanada “Nizamişünaslıq” biblioqrafik göstəricisinin hazırlanmasına başlanılıb. Bundan başqa “Dahi Azərbaycan şairi-Nizami Gəncəvi” adlı elektron məlumat bazasının yaradılması prosesi də həyata keçirilir. Tədbirlər Planı çərçivəsində Nizami Gəncəvi irsi ilə bağlı kitabxananın direktoru Aybəniz Əliyeva-Kəngərlinin ”Nizami Gəncəvi və folklor” mövzusunda məqaləsi çap olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR