Bank Of Baku

AMEA Tarix İnstitutunda Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlarına həsr olunmuş dörd cildlik sənədlər toplusunun nəşri başa çatdırılıb

AMEA Tarix İnstitutunda Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlarına həsr olunmuş dörd cildlik sənədlər toplusunun nəşri başa çatdırılıb
# 24 iyul 2012 12:09 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Tarix İnstitutunda 1918-1920-ci illərdə daşnak-bolşevik güruhu tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımlarına dair dörd cildlik sənədlər toplusunun nəşri başa çatdırılıb. APA-nın məlumatına görə, toplunun 1-ci cildinə 1918-ci ilin mart soyqırımına aid sənədlər daxil edilib. 2-ci cild Gəncə quberniyasında həyata keçirilən soyqırımı barədə sənədləri əhatə edir. 3-cü cild 1918-ci ilin 29 mayında yaradılan Ararat Ermənistan Respublikasının İrəvan quberniyasında həyata keçirdiyi soyqırımına dair sənədlərdən ibarətdir. 4-cü cildə daxil edilən sənədlər isə soyqırımı şahidlərinin xatirələrindən ibarətdir.
Dörd cilddən ibarət olan bu mühüm sənədlər toplusu prezident İlham Əliyevin müvafiq tövsiyə və tapşırıqlarına cavab olaraq hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR